şirkət haqqında

Daha yaxşı inqrediyentlər. Daha yaxşı pizza.

1984 cü ildə “Papa John's” öz qapılarını bu məqsədi hədəf alaraq açdı: Daha dadlı pizza. Biz bilirdik ki, tərkib hissələrini (inqrediyentləri) daha keyfiyyətli etməklə, daha dadlı pizza əldə edəcəyik. “Daha keyfiyyətli tərkib hissələrindən (inqrediyentlərdən) ibarət daha dadlı pizza.” Həmin məqsədimiz və həmin vədimiz bu gün də aktualdır.

Təməl inancımız çox sadədir: işçilərin qayğısına qalmaq və işlərini görməsi üçün onları ən yaxşı vasitələrlə təmin etməkdir, bu zaman daha yüksək keyfiyyətə malik pizza əldə etmək mümkündür. Bizi bu işi görməyə şövq edən amil də budur və elə bu səbəbdən daha keyfiyyətli pizza çatdırmaq və daha üstün xidmət göstərmək üçün bu sənayedə bir çox digər şirkətlərdən daha çox vəsait sərf edirik.

Bizim məhsullarımızın tərkib hissələri (inqrediyentləri) haqqında nə qədər çox bilirsinizsə, pizza seçiminiz barədə bir o qədər çox məlumatlı olacaqsınız. Tərkib hissələri (inqrediyentlər) haqqında hər hansı bir sualınız varsa, bizimlə telefon vasitəsi ilə (*7272) və ya sosial mediadakı rəsmi səhifələrimizdə əlaqə saxlaya bilərsiniz. 

Keyfiyyət təməlinin qurulması
Uğurun sirri, daha dadlı bir pizza hazırlamağın sirrinə bənzəyir - nə qədər çox əlavə edirsən, bir o qədər dadlı nəticə əldə edirsən. Pizza ailəmiz, 30 il əvvəl qapılarımızı müştərilərimizə açdığımız ilk vaxtlardakı kimi bu gün də kamillik şövqündədir.  Yeni məhsullar və reseptlər hazırlamaqda yaxşıların ən yaxşısı olmağa çalışırıq.

Keyfiyyət bizim əsas amilimizdir
Bu təməl, Indiana ştatının  Jeffersonvil şəhərinin  bir süpürgə kabinetində hazırlanan ilk “Papa John’s”  pizza ilə başladığımız, daha sonra dünyanın 45 ölkəsi və 5000 dən çox ərazisinə yayılan təməldir.

Ucuz və daha çox işlənmiş tərkib hissələrindən (inqrediyentlərdən) istifadə etmirik. Özümüzə məxsus sousumuz, müxtəlif çeşiddə qatqılarımız, təbii təzə xəmirimiz, hətta xüsusi qutularımızın olmasına rəğmən, sizə hər zaman yüksək keyfiyyətli pizza təqdim etməyimiz üçün məhsullarımıza sərmayə qoyuruq.

Sizin üçün bu yalnız daha yaxşı pizza demək deyil. Bu eyni zamanda, ailə yığıncağı, unudulmaz ad günləri, işdə mühüm hadisələrin qeyd edilməsi və ya sadəcə olaraq, dadlı bir yemək deməkdir. Bizim əsas məqsədimiz sizi  hər bir xoş  hadisə üçün  ən yaxşı məhsullarımızla təmin edəcəyimizdən əmin olmaqdır.

Biz buna necə nail oluruq?
Əsas məqsədə doğru diqqətimizi yönəldərək “Papa John’s”un yüksək keyfiyyətli, ənənəvi pizzasını çatdıracağıq.

Məsuliyyət
Biz nəzərdə tutduğumuz işlərimizi nəzərdə tutduğumuz zamanda həyata keçiririk. Özümüzə, müştərilərimizə və işgüzar tərəfdaşlarımıza qarşı məsuliyyətli  olmaqla başqalarını daha yüksək səviyyədə məsuliyyətə cəlb etmək hüququna malikik.

Üstünlük
Bizim müştəri məmnunluğumuz ardıcıl, ölçülə bilən və nümunəvi olmalıdır. Biz “Papa John’s”da mükəmməlliyə - gördüyümüz hər bir işin “ aid olduğu təsnifatda yaxşıların ən yaxşısı” olacağını inanırıq. 

.P. A. P. A. (People Are Priority Always)
İnsanlar Həmişə Prioritetdədir. Bizim uğurumuz məqsədlərimizə və komanda kimi gözləntilərimizə nail olmaq üçün birlikdə işləmək qabiliyyətimizdən asılıdır.

Yanaşma tərzimiz
Əgər siz bir tapşırığı bacara biləcəyinizi və ya bacara bilməyəcəyinizi düşünürsünüzsə -  hər iki halda haqlısınız! Sədəcə qalib gələnlər ilə məğlub olanlar arasındakı fərq müsbət psixoloji yanaşmadır.
Bizim yanaşma tərzimiz bizim dəyərlərimizin əksidir: uğurlu komanda üzvləri səliqəli, fəal və etdikləri hər şeyə həvəsli olmalıdırlar.

Daimi inkişaf
Biz öncəki uğurlarımızla kifayətlənməyi düşünmürük. Hər zaman qarşımıza daha yüksək hədəflər qoyuruq. Nə qədər uğurlu olmağımızdan asılı olmayaraq, hər zaman daha yaxşı olacağıq.  

Faydalar