Ümumi qaydalar
Vakansiya yerləşdirmək üçün qaydalar
- Vakansiyanın saytda qalma müddəti 30 gündür.
- Vakansiyanın adı ilə kateqoriyası uyğunluq təşkil etməlidir. Əgər bu məlumat səhv daxil olunubsa, sayt bu məlumatı düzəltməyi öz öhdəsinə götürür.
- İş elanları və namizədə tələblər xanaları vakansiyanı ətraflı izah edəcək şəkildə aydın qeyd olunmalıdır.
- Leksik, qrammatik və orfoqrafik normalara uyğun olmayan mətni redaktə etməyi sayt öz öhdəsinə götürür.
- Natamam və ya normalara uyğun olmayan məlumatlar qəbul olunmur və ya yenidən düzəliş etmək üçün geri göndərilir.
- Əmək haqqı məbləği yalnız AZN ilə göstərilməlidir. Əgər əmək haqqı sütunu boş saxlanılırsa, saytda Ə/h razılaşma yolu ilə olduğu göstərilir.
- Dərc olunmuş vakansiyanın adının dəyişdirilməsi qadağandır.
- Dərc olunmuş vakansiyanın redaktəsi zamanı İş haqqında məlumat və ya Namizədə tələblər bölməsinin mövcud olana nəzərən bütünlüklə dəyişdirilməsi / yeni məlumat ilə əvəz olunması qadağandır.
- Tibbi, kosmetik, zinyət əşyaları məhsulların online satışı, kütləvi şəkildə işə qəbul və s. növdə vakansiyaların yayımı fərdi müraciətlər tərəfindən qəbul olunmur. Elan yalnız korporativ ([email protected]) e-poçtdan təsdiqləndiyi zaman qəbul oluna bilər.
- Şəbəkə üsulu marketinq növündə olan vakansiyalar qəbul olunmur.
- Şübhəli fəaliyyət növü olan və ya fəaliyyət istiqaməti bəlli olmayan vakansiyalar qəbul olunmur.
CV yerləşdirmək üçün qaydalar
- CV-nin saytda yerləşdirilməsi ödənişsizdir.
- CV saytda siz onu deaktiv edənə qədər yayımlanacaqdır.
- Vəzifə bölməsində yalnız bir vəzifənin adı qeyd oluna bilər. Bir neçə vəzifə qeyd olunan CV-lər qəbul olunmur və redaktə etməyiniz üçün geri göndərilir.
- CV-ə əlavə olunmuş şəkil, ümumişlək CV normalarına uyğun olmalıdır. Əks təqdirdə CV şəkilsiz əlavə olunacaqdır.
- Vəzifənin adı ilə kateqoriya uyğunluq təşkil etməlidir. Əgər bu məlumat səhv daxil olunubsa, sayt bu məlumatı düzəltməyi öz öhdəsinə götürür.
- Təhsil haqqında xanasında namizədin bitirdiyi təhsil müəssisəsinin adı, ixtisası və təhsil aldığı tarix aralığı qeyd olunmalıdır.
- İş keçmişi xanasında namizədin iş yeri, vəzifəsi və işlədiyi müddət aralıqları qeyd olunmalıdır.
- Bacarıq və sertifikatlar xanasında namizədin ümumi bacarıqları, qatıldığı layihələrdən əldə etdiyi sertifikatlar və s. qeyd olunmalıdır.
- Biliklər xanasında namizədin peşəkar bilikləri, dil bilikləri, kompüter proqramları və s. qeyd olunmalıdır.
- Leksik, qrammatik və orfoqrafik normalara uyğun olmayan mətni redaktə etməyi sayt öz öhdəsinə götürür.
- Natamam və ya normalara uyğun olmayan məlumatlar qəbul olunmur və ya yenidən düzəliş etmək üçün geri göndərilir.
- Əmək haqqı məbləği yalnız AZN ilə göstərilməlidir. Əgər əmək haqqı sütunu boş saxlanılırsa, saytda Ə/h razılaşma yolu ilə olduğu göstərilir.
- Dərc olunmuş vakansiyanın adının dəyişdirilməsi qadağandır.
- Şübhəli fəaliyyət növü olan və ya fəaliyyət istiqaməti bəlli olmayan CV-lər qəbul olunmur.
- Sizə daxil olan müraciətlərə, telefon zənglərinə görə (Nömrə yerləşdirmək vacib deyil) sayt məsuliyyət daşımır.
Saytda yerləşdirilən vakansiyalar və CV-lər üçün məsuliyyət elan yerləşdirən tərəf daşıyır.